Seldən sonra indi də fırtına

Çinin bir yanında güclü yağış sel fəlakəti yaradıb. İndi də İn-Fa fırtınası ölkənin şərqindəki Zhejianq əyalətini vurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zhoushana sahilini vuran fırtına bəzi nöqtələrdə daşqınlara səbəb olub. Fırtına həmçinin yüzlərlə ağacı kökündən qoparıb və bir çox bina və vasitəyə zərər verib.

Təxminən 26 milyon əhalisi olan Şanxay şəhərinə və ətraf bölgələrə fırtına səbəbi ilə xəbərdarlıq edilib. Fırtınanın bu axşam Şanxayın şimal-şərq sahillərinə çatacağı xəbərdarlığı verilərkən, şəhərin bəzi hissələrində şiddətli yağış yağacağı da gözlənilir.

Bölgədə 8 hava limanından uçuşlar tamamilə ləğv edilib, metro və qatar xidmətləri azaldılıb. Vətəndaşlara çölə çıxmamaq barədə də xəbərdarlıq edilib. Şanxayda tikinti sahələrində, qayıqlarda və çökmüş tikililərdə yaşayan ən az 360.000 insan təxliyyə edilib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə