ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə yeni müavini Bonni Cenkins Amerika rəhbərliyinin strateji sabitliyi necə gördüyü barədə daha çox məlumat verəcəyini bildirib. SİA bu barədə departamentin “Twitter”də yayımlanan məlumata istinad edir.
İşə başlayacağını səbirsizliklə gözlədiyini deyən yeni müavin, bundan sonra silahlara nəzarət və strateji sabitlik mövzusunda daim cəmiyyəti məlumatlandıracağını bildirib: “Effektiv silah nəzarəti yolu ilə nüvə müharibəsi riskini azaltmağa, Rusiya və Çinin nüvə potensialının məhdudlaşdırmağa, bioloji təhlükəsizliyi artırmağa və kimyəvi silah istifadə edənlərin məsuliyyətə cəlb edilməsinə sadiqəm” deyən Cenkinsin fikrincə, Amerika günü-gündən artan təhdidləri ən optimal şəkildə cilovlamaq və onlara qarşı durmaq üçün Avroatlantik və Hind- Sakit okean bölgəsindəki ittifaqlarını gücləndirməlidir: “Biz, strateji sabitliyi təhdid edən yeni texnologiyalarla mübarizə aparmaq üçün kosmosda da məsuliyyətli davranış normalarını gücləndirib inkişaf etdirməliyik”-deyə Bonni Cenkins bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB