Xorvatiyada baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Xorvatiyada baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Xorvatiyanın şimal-şərqində, Slavonski-Brod şəhərinin yaxınlığında baş verən yol qəzasında ölənlərin sayı 10 nəfərə çatıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Xorvatiyanın səhiyyə naziri Villi Beroş jurnalistlərə açıqlamasında deyib.

Nazir əlavə edib ki, hadisə nəticəsində xəsarət alan 44 nəfərə ilkin tibbi yardım göstərilib. Onlardan azyaşlı qız da daxil olmaqla, 15-nin vəziyyəti ağırdır.

Bölgə polisinin ilkin məlumatına görə, Şimali Makedoniyadan gələn sərnişin avtobusunun sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən avtobus magistral yoldan çıxaraq dərəyə istiqamətlənib.

Qeyd edək ki, avtobusda 67 sərnişin olub.

Bütün xəbərlər Facebook səhifəmizdə