Rusiyadakı ağır yol qəzasında 4 nəfər yanaraq ölüb

Rusiyanın Həştərxan vilayətində ağır yol qəzası baş verib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "KİA Sportage" markalı minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər ölüb.

Zərbənin gücündən minik maşını alışaraq tamamilə yanıb.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 5 texnikası, 13 əməkdaşı cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə