Çində körpünün uçması nəticəsində iki fəhlə həyatını itirib

Çinin cənubundakı Quandun əyalətində inşa edilməkdə olan körpünün bir hissəsi çöküb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat verib.

Hadisə nəticəsəində iki nəfər həlak olub, üç nəfər isə itkin düşüb.

Bələdiyyə idarəsinin məlumatına əsasən, körpü sütunlarından birinin dağılması nəticəsində beş fəhlə dənizə düşüblər. Daha sonra fəhlələrdən ikisinin cəsədi dənizdən çıxarılıb, üçünün isə axtarışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə