Hindistan hökuməti paytaxtda koronavirusa qarşı məhdudiyyətləri yumşaldır

Hindistanın paytaxtı Dehli şəhərinin səlahiyyətliləri bölgədə koronavirusun yayılmasına qarşı tədbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul ediblər.

SİA-nın məlumatına görə, bu gündən etibarən qeyd edilən ərazidə metro və avtobuslar tam qrafiklə xidmət göstərəcək, kinoteatrlar isə yarısına qədər dolmaq şərti ilə işləyəcəklər.

Bütün mağazalara tam həftə müddəti saat 10:00-dan 20:00-dək fəaliyyət göstərməyə icazə veriləcək. Toy və dəfn mərasimlərində toplanma həddi 50 nəfərdən 100-ə qaldırılıb.

Qeyd edilir ki, məhdudiyyətlərdə yumşalmalar barədə qərar paytaxtda "COVID-19" virusuna yoluxma saylarının azalması fonunda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə