Bayden Əfqanıstan qaçqınları üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib

ABŞ prezidenti Co Bayden Əfqanıstan qaçqınlarına nəzərdə tutulmuş “gözlənilməz xərclər” üçün 100 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.

SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ xüsusi immiqrasiya vizaları üçün müraciət edən bir neçə min əfqanıstanlının təxliyəsinə başlamağı planlaşdırır. Bu qaçqınların əksəriyyəti 2001-ci ildən bəri ABŞ hökuməti üçün tərcüməçi işləməsi və ya başqa işlər görməsinə görə “Taliban” yaraqlıları tərəfindən təhdid olunur.

Təxliyə olunanların və onların ailələrinin ilk partiyası bu ayın sonunadək ABŞ-ın Virciniya ştatındakı Fort-Li hərbi bazasında mümkün olacaq, burada onlar viza müraciətlərinin son mərhələsini gözləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə