İranın yeni prezidenti ilə Oman sultanı arasında telefon danışığı olub

İranın yeni prezidenti ilə Oman sultanı arasında telefon danışığı olub

İran İslam Respublikasının yeni prezidenti İbrahim Rəisi Oman sultanı Haytam bin Tariq ilə telefon danışığı aparıb.

SİA-nın "İRNA"ya istinadən verdiyi məlumata görə, söhbət əsnasında İran prezidenti qonşu ölkələrlə danışıqların yeni hökumətin diplomatiyasının prioriteti olacağını söyləyib.

İbrahim Rəisi qarşılıqlı siyasi etimad sayəsində İran-Oman əlaqələrinin genişləndirilməsinin qazanıla bilən hədəf olduğunu qeyd edərək bildirib: "İki xalq arasındakı qardaşlıq və iki hökumət arasındakı dostluq tarixi o qədər dərin və güclüdür ki, regional və beynəlxalq hadisələr heç vaxt onları zəiflətməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə