Koronavirusun delta ştammı AŞKARLANDI

Kolumbiya prezidenti İvan Duke, ölkədə delta koronavirus ştammının olduğunu təsdiqləyib. SİA xəbər verir ki, Səhiyyə Nazirliyi prezidentin açıqlamasını yayımlayıb.

"Milli Sağlamlıq İnstitutları, Kali şəhərində araşdırılan bir vəziyyətdə ölkəmizdə delta ştammının olduğunu təyin edib", deyə ölkə prezidenti söyləyib.

Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiyanın başlandığı gündən bəri ölkədə 4.7 milyondan çox infeksiya hadisəsi aşkar edilib, 118 mindən çox koronavirus xəstəsi ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə