Rekord aşağı temperatur qeydə alınıb QAR YAĞIB

Son bir gündə Cənubi Afrikanın müxtəlif şəhərlərində rekord dərəcədə aşağı temperatur qeydə alınıb. SİA xəbər verir ki, bu barədə yerli meteoroloji xidmət məlumat yayıb.

Xidmətin məlumatına görə, müxtəlif şəhərlərdə ümumilikdə 19 yeni temperatur rekordu qeydə alınıb. Yohannesburqda tempratur mənfi 7 dərəcəyə düşüb.

Qeyd olunur ki, əvvəlki rekord mənfi 6.3 dərəcə olub və belə bir göstərici 19 iyul 1995-ci ildə də qeydə alınıb. Ən aşağı temperatur Kimberley şəhərində mənfi 9.9 dərəcəyə qədər düşdüyü müşahidə edilib. Ölkənin bir neçə yerində qar yağıb.

Meteoroloqlar yaxın vaxtlarda istilərin normala dönəcəyini proqnozlaşdırırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...