Ölənlərin sayı 138-ə çatıb FIRTINA VƏ SÜRÜŞMƏ NƏTİCƏSİNDƏ

Hindistanın mərkəzindəki Maharaştra əyalətində pis hava şəraiti qurbanlarının sayı ən azı 138-ə çatıb. SİA xəbər verir ki, bu barədə NDTV kanalı polisə istinadən məlumat yayıb.

"Musson mövsümü ilə əlaqəli yağış və digər hadisələr səbəbindən 138 gözlənilməz ölüm baş verdi", deyə televiziya kanalı Maharaştra Təcili Yardım və Reabilitasiya Naziri Vijaya Vadettivaradan sitat gətirib.

Eyni zamanda 84 mindən çox insanın əyalətin cənubundakı Pune əyalətində daha etibarlı bir yerə köçürüldüyü qeyd edilir.

Xatırladaq ki, Hindistan Meteoroloji Bürosu, Maharaştra əyalətinin paytaxtı Mumbayda yağan güclü yağış üçün qırmızı xəbərdarlıq elan edib. Leysan yağışları səbəbindən şəhər sakinləri elektrik və su təchizatında fasilələrlə üzləşirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə