İlk atəş qarşı tərəfdən açıldı SƏRHƏDÇİLƏR TƏRƏFİNDƏN

Silahlı qarşıdurma şənbə günü səhər Tacikistanın Soqd vilayətinin İsfara şəhəri ərazisindəki Qırğızıstanla sərhəd zonasında baş verib. SİA xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd oluur ki, Qırğızıstan sərhədçiləri əvvəlcə atəş açıblar.

"Silahlı qarşıdurma Çorkux camaatı sakinlərinin Kummazor şəhərində könüllü təmizlik keçirmək istədikdən sonra baş verdi. Sakinlər təmizlik etmək üçün gedəndə Qırğızıstan sərhədçiləri buna imkan verməyiblər. Onlar vətəndaşları təhrik ediblər və qarşı tərəf vətəndaşlarımıza daş atmağa başlayıblar, sərhədçiləri isə vətəndaşlarımıza atəş ediblər", deyə agentliyin mənbəyi bildirib.

Tacikistan sərhədçilərinin atəş açmağa məcbur olduqlarını, hər iki tərəfdən atışmanın 10 dəqiqə davam etdiyi qeyd olunur. Qeyd olunur ki, hazırd a İsfara bələdiyyə başçısının başçılıq etdiyi nümayəndə heyəti münaqişə yerindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...