Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda, Rusiya prezident Vladimir Putinin 16 iyun tarixində İsveçrənin Cenevrə şəhərində ABŞ Prezidenti Co Bayden ilə görüşdüyü xatırlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu görüşdə əldə edilən razılaşmaların davamı olaraq, Rusiya ilə ABŞ arasındakı dialoq çərçivəsində, iyulun 28-də Cenevrədə strateji sabitlik toplantısının yeni bir mərhələsi keçiriləcək.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ribkov, ABŞ nümayəndə heyətinə isə ABŞ dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edəcək. İclasda strateji sabitliyin qorunması, möhkəmləndirilməsi və silah nəzarətinə dair məsələlər müzakirə ediləcək.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...