1280 nəfər koronavirusa yoluxub - ÖZBƏKİSTANDA

Özbəkistanda COVID-19-la bağlı vəziyyət gündən-günə pisləşir. Son sutka ərzində 1280 xəstə qeydə alınıb. Bunun 773-ü COVID-19, 507-si pnevmaniya xəstəsidir. SİA Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində ölkədə 7 nəfər koronavirusun qurbanı olub.

Ümumilikdə ötən ilin martından Özbəkistanda koronavirusa yoluxanların sayı 124 minə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə