Britaniya şahzadəsinin kitab anlaşması

Britaniya Krallığındakı vəzifələrini tərk edən şahzadə Harri, ailəsi ilə ipləri qırılma nöqtəsinə gətirən Oprah Vinfrey ilə reportajdan sonra indi də kitab anlaşması ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, şahzadə Philipin yas mərasimində İngiltərəyə qayıdan zaman onun atası şahzadə Çarlz və böyük qardaşı şahzadə Villiamla aralarındakı incikliklərdən əl çəkdiyi idda edilib. Ancaq Harrini ABŞ-a aparan səbəblər haqqında kitab nəşr edəcəyi xəbəri bu iddiaları təkzib edib.

Mətbuat katibinin sözlərinə görə, Harrinin İngiltərədəki nəşriyyat evlərindən biri olan Penquin Random House ilə gizli kitab müqaviləsi imzaladığı ortaya çıxıb. Həmçinin şahzadə Harrinin bir deyil, birdən çox kitab çap edəcəyi irəli sürülüb. Cəmi dörd kitabın çıxması gözlənilsə də, onlardan birinin Meqhan Markle tərəfindən yazılmış səhiyyəyə aid kitab olacağı bildirilir.

Harrinin ilk kitabının gələn il çıxması gözlənilsə də, krallıq sirlərini açacağı ikinci kitab üçün fərqli bir şərt var. Buna görə, şahzadə Harrinin Kral ailəsi, İngiltərə Kraliçası haqqında olacaq ikinci kitabının nəşri üçün, Elizabetin ölümü gözlənilir. Kraliça öldükdən sonra kitab oxucu ilə görüşəcəkdir. Sözügedən kitab üçün belə bir məqalə tapmaq, içərisinə daxil ediləcək məlumatlarla bağlı fikir yürütmə işini asanlaşdırır.

Şahzadə Harrinin kitabın gəlirini xeyriyyə fondlarına bağışlayacağı bildirilir.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə