Keçmiş prezident şübhəli bilinir İĞTIŞAŞLAR TƏŞKIL ETMƏKDƏ

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaevə cinayət törətməkdə şübhəli olduğu barədə bir daha xəbərdarlıq edilib və bu o, dəfə 9 oktyabr iğtişaşlarını təşkil etməkdə günahlandırılır. SİA xəbər verir ki, bu barədə ölkənin keçmiş liderinin vəkili Zamir Jooşev öz sosial şəbəkə hesabında yazıb.

"Almazbek Şarşenoviç Ala-Too meydanında 9 oktyabr 2020-ci il tarixində iğtişaşlar təşkil etməkdə günahlandırılır", deyə vəkil Facebook səhifəsində qeyd edib.

Jooşev şübhə bildirişindən bir hissə nümunə gətirir. Sənədə görə, "cinayətkar planını həyata keçirmək üçün, Almazbek Atambayev, ölkənin keçmiş baş naziri Omurbek Babanov, prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov ilə əvvəlcədən sui-qəsd qurub, siyasi fəal Temirlan Sultanbəyov, Atambayevin keçmiş mühafizəçisi Kanat Saqımbaev və digər şəxslər Media Forum binasının yaxınlığında bir çox insan toplayaraq daha sonra hakimiyyəti ələ keçirmək üçün Ala-Too meydanına getməyə razı olublar".

"O zaman Qırğızıstan Respublikasının hökumət binası yaxınlığında toplaşan bir qrup insan hərəkətlərini ictimai-siyasi vəziyyəti sabitləşdirmək, talan və ictimai asayiş pozuntularının qarşısını almaq üçün istiqamətləndirılib, qanuni sahəyə gəlməyə və digər kütləvi iğtişaşların qarşısını almağa çağırılıb. Almazbek Atambayev mənfi və aqressiv əhval-ruhiyyəni alovlandırıb ki, bu da Qırğızıstan Respublikası hökumət binasının yaxınlığında toplanan bir qrup insanla Ala-Too meydanında kütləvi davalara səbəb olub, nəticədə odlu silah, daş, qırıntıları istifadə edilərək iğtişaşlara səbəb olub", deyə vəkil Jooşev bildirişdən sitat gətirir.

Xatırladaq ki, Qırğızıstandakı Sosial Demokratların ən böyük parlament partiyasının lideri Atambaev 2011-2017-ci illərdə prezident vəzifəsində çalışıb. O, vəzifəsindən getdikdən dərhal sonra eks-prezident komandasının üzvlərinə qarşı cinayət işləri açılıb. Atambayev keçmiş prezident statusundan məhrum edilib, ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunub. Keçmiş dövlət başçısı dəfələrlə özünə və ortaqlarına qarşı ittihamların siyasi mahiyyət daşıdığını bildirib.
Atambayev Bişkekdəki iğtişaşlar fonunda 6 oktyabrda həbsdən azad edilib. 9 oktyabr 2020-ci il tarixində Bişkekin mərkəzi meydanında Atambayevlə Sadır Japarovun tərəfdarları, o zaman müxalif siyasətçi, indiki ölkə prezidenti arasında toqquşmalar baş verib. Hətta, bir neçə nəfər yaralanıb. Dekabrın 10-da keçmiş prezident yenidən tutularaq Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...