Sovet Ordusunun son abidəsi SÖKÜLƏRƏK GÖTÜRÜLÜB

Sovet Ordusuna məxsus olan Sovet Şöhrət Abidəsinin son iki fiquru Lvovda sökülüb. SİA xəbər verir ki, bu barədə yerli Zaxid.nеt mətbuat səhifəsi məlumat yayıb.

"Lvovda, Striyskaya küçəsində Sovet Şöhrət Abidəsinin son iki fiquru söküldü. Bu gün növbə son iki elementin - Sovet döyüşçüsü və Vətən fiqurlarının növbəsidir. Onlar əvvəlki elementlər kimi Artıq “Terror Territory” muzeyinə göndərilir", deyə nəşrin saytında qeyd olunur.

Xatırladaq ki, 2015-ci ilin may ayından etibarən Ukraynada Sovet simvollarının təbliğ edilməsini qadağan edən "kommunist və nasist rejimlərin qınanması haqqında" qanun qüvvədədir. Bu, xüsusən Sovet dövlət xadimlərinin adını daşıyan şəhər və küçələrin adlarının dəyişdirilməsini əhatə edir. Milli Xatirə İnstitutu, fəaliyyəti "dekommunizasiya haqqında" qanuna tabe olan və bu səbəbdən adlarının coğrafi adlardan çıxması lazım olan 520 tarixi şəxsiyyətin siyahısını yayımlayıb. Sənəd cəmiyyətdə böyük əks-səda doğurub, çünki tətbiqetmə sərhədləri orada dəqiq ifadə olunmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...