Rusiya bu gündən Çexiya və Fransa ilə hava əlaqələrini bərpa edir

Rusiya bu gündən Fransa və Çexiya ilə hava əlaqəsini bərpa edir.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar iyul ayında ölkənin koronavirus infeksiyasına qarşı mübarizə üzrə Operativ Qərargahı tərəfindən qəbul edilib.

Məlumata əsasən, bu ölkələrin aviaşirkətləri Moskva ilə Paris və Moskva ilə Nitsa arasında həftədə 4 dəfə, Sankt-Peterburq və bu Fransa şəhərləri arasında həftədə 2 dəfə uçuşlar həyata keçirə biləcəklər. Çexiya üzrə qərara görə, aviaşirkətlər Moskva və Praqa arasında həftədə 4 uçuş həyata keçirə bilərlər.

Bildirilir ki, hazırda Rusiya 48 dövlətlə uçuşları bərpa edib. Fransa və Çexiya ilə uçuşların bərpası formal xarakter daşıyır: müvafiq qərar qəbul edildiyi andan etibarən heç bir aviaşirkət birbaşa müntəzəm uçuşları bərpa edəcəyini elan etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB