Rusiyada ağır yol qəzasınsa ikisi uşaq olmaqla 3 nəfər həlak olub

Rusiyanın Tuva Respublikasında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

SİA Respublikanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ölənlərdən biri azyaşlıdır.

Hadisə Kızıl şəhərində baş verib. Yük maşını və “Honda” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir azyaşlı olmaqla, üç nəfər yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb yük maşınının əyləc sisteminin sıradan çıxması olub.

Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə