Meksikada pandemiyanın üçüncü dalğası başlayıb

“SARS-CoV-2” virusunun ən aqressiv mutasiyası olan “Delta” ştamı Latın Amerikası qitəsinə onun şimal sərhədindən – Meksikadan keçib.
SİA xəbər verir ki, Meksikada “Delta”ya ilk yoluxma halları mayın əvvəllərində qeydə alınıb. Əgər bir neçə həftə ərzində “Delta” ştamına yoluxma hallarının sayı onlarca hesablanırdısa, hazırda bu, pandemiyadan daha çox zərər çəkən ştat hesab olunan Mexikoda virusun liderlik edən variantıdır.
Virusoloqların proqnozuna görə, avqust ayının sonunadək hər on yoluxma halından doqquzu “Delta” ştamına aid ediləcək. Bu variant pandemiyanın üçüncü dalğasına səbəb olub. Daha çox gənclər, yaxud da peyvənd olunmayanlar bu yoluxmaya məruz qalırlar.
Son dörd həftə ərzində Meksikadan Bütün İnfluenza Məlumatlarının Paylaşılması üzrə Qlobal Təşəbbüsün (GISAID) məlumat bankına göndərilən nümunələrin yarıdan çoxunda, yəni 528 nümunədə “Delta” variantı müşahidə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...