Hindistanda meydana gələn sürüşmə səbəbi ilə 36 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hindistanın şərqindəki Şivaji Naqar bölgəsində yağan güclü yağışlardan sonra bir ev çöküb, nəticədə iki nəfər dünyasını dəyişib, səkkiz nəfər isə yaralanıb. Ratnaqiri şəhərində isə dünən yağan güclü yağışlardan sonra 200 nəfər dağlıq ərazilərdən xilas edilib. 70 min insanın yaşadığı sahil şəhəri Chiplunda ərazinin yarıdan çoxu su altında qalıb. Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən edilən açıqlamada insanları xilas etmək üçün bölgəyə helikopterlərin göndərildiyi və xilasetmə qruplarının qayıqlarla göndərildiyi bildirilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə