Gürcüstanda ötən sutkada daha 2 460 nəfərdə koronavirus aşkarlanıb, 20 nəfər vəfat edib. SİA-nın verdiyi məlumata görə, son 24 saat ərzində daha 1 082 nəfər sağalaraq evə buraxılıb.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 398 081 yoluxma halı təsdiqlənib. Yoluxanların 370 565-i sağalıb, 5 656-sı isə ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə