MAR-da naməlum şəxslərin paytaxta hücumu nəticəsində 13 nəfər öldürülüb

MAR-da naməlum şəxslərin paytaxta hücumu nəticəsində 13 nəfər öldürülüb

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhəri yaxınlığında azı 13 mülki şəxs naməlum şəxslərin hücumu nəticəsində öldürülüb.

SİA xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi BMT-nin MAR-da Sabitlik üzrə Çoxfunksiyalı kompleks missiyasının (MINUSCA) nümayəndəsi Əbdüləziz Fallaya istinadən məlumat yayıb.

Məlumata görə, missiyanın patrul xidməti ölənləri Banqi şəhərindən 300 km şimalda aşkarlayıb. Hücumun digər təfərrüatları hələlik açıqlanmır.

MINUSCA nümayəndələri hadisənin araşdırılması üçün MAR hökumətinə əməkdaşlıqla bağlı müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə