Elon Maska inam itib

Dünyanın ən zəngin ikinci insanı və elektrikli vasitə istehsalçısı Tesla şirkətinin baş direktoru Elon Maskın tvitləri ilə yüksələn "Dogecoin", may ayından bəri dəyərini 80 % itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mask “Saturday Night Live” televiziya şousunda qonaq olduğu və orada "Dogecoin"-dən bəhs etdiyi üçün Dogecoin ABŞ dollarına nisbətdə dəyərinin 80%-ni itirib. 0,68 dollar ilə satılan "Dogecoin"in, bugünkü qiyməti 0,16 dollar civarındadır. İyul ayının ortalarından etibarən Mask" Dogecoin" haqqında tvit göndərməyə davam edir, lakin bu tvitlər pulun dəyəri üzərində əvvəlki kimi təsirli deyil. Kripto investorlarının bu mövzuda həssas olduqları və Maska olan inamlarının azaldığı düşünülür.

Görünən budur ki, Tesla may ayının sonunda "Bitcoin" ilə alış-veriş etməyi dayandırdıqdan sonra "Bitcoin"in düşməsi səbəbindən kripto investorları Maska daha diqqətli yanaşırlar.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə