CAR-da iyulun 9-dan davam edən iğtişaşlar nəticəsində azı 276 nəfər ölüb

Cənubi Afrika Respublikasında (CAR) iyulun 9-dan KvaZulu-Natal əyalətində başlayan və daha sonra qonşu Qautenq rayonunda keçirilən iğtişaşlar zamanı ümumilikdə 276 nəfər ölüb.

SİA “Frans Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hökumətin məlumatında bildirilib.

CAR Prezidenti Siril Ramaposa bildirib ki, 161 ticarət mərkəzi və mağaza, 11 anbar, səkkiz fabrik və 161 içki mağazası talan edilib. Onun sözlərinə görə, bərpa işləri aylarla vaxt tələb edir.

Xatırladaq ki, iyulun 8-də həbs edilən keçmiş dövlət başçısı Jakob Zumanın tərəfdarları KvaZulu-Natal vilayətində etiraz əlaməti olaraq yolları bağlamağa başlayıb. Keçmiş rəhbərin sərbəst buraxılması üçün “Azad Zuma” kampaniyası elan edilərək əyalət sakinlərini etirazlara qoşulmağa çağırış ediblər. Nümayişlər hər yerdə iğtişaşlara çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə