Yüksək rütbəli məmurun kiçik sarayı

Rusiyada rüşvət əməliyyatında polis əməkdaşlarının qarşılaşdığı səhnə, görənləri heyrətləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada polis əməkdaşları tərəfindən təşkil olunan rüşvət əməliyyatında Rusiya Daxili İşlər Nazirliyinin Stavropol Yol polisi şöbəsinin direktoru Aleksey Safanov və onun əmri ilə işləyən 35-dən çox yol polisi zabiti nəzarətə alınıb.

Əməliyyat çərçivəsində Safanovun evində aparılan axtarışlar heyrətləndirici səhnə olub. Belə ki, onun sahib olduğu lüks nəqliyyat vasitələrinə əlavə olaraq, Safanovun özü üçün bir ev deyil, rəsmi olaraq bir körpə sqray tikdirdiyi, hətta evdəki tualetlərin də qızıl örtüklü olduğu üzə çıxıb.

Bundan əlavə, Safanovun rütbəsindən istifadə edərək səlahiyyətlərini aşan hadisələrdə iştirak etməsi, mafiya təşkilatları ilə əlaqələri olması və gördüyü işlərə görə pul alması müəyyən edilib. Əməliyyatdan sonra polis Safanov və onu müşayiət edən 35-dən çox polisə qarşı istintaq başladıb.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə