Belarusda prezident seçilmək üçün yaş həddi 40-a qaldırıldı

Belarusiyanın Konstitusiya məhkəməsi ölkənin əsas qanununa əlavə ediləcək dəyişiklikləri müzakirə edib. SİA bu barədə “İnterfaks” a istinadən xəbər verir.

Beləliklə, Belarus Konstitusiya məhkəməsinin rəhbəri Petr Miklaşeviçin sözlərinə görə, müzakirələr zamanı digər məsələlərlə yanaşı, ölkədə prezidentliyə seçilmək üçün yaş həddinin 40-a qaldırılması və bundan əlavə, bu vəzifədə qalma müddətinin iki dəfəyə qədər məhdudlaşdırılması da təklif edilib.

Belə ki, bundan sonra mütləq olaraq 20 il respublikada daimi yaşammış və heç bir xarici vətəndaşlığı olmayan 40 və ya 40-dan yuxarı olan şəxslər ölkə prezidentliyinə namizədliyini irəli sürə bilərlər.

Xatırladaq ki, bundan əvvəl ən azı on il ölkədə daimi yaşamış və 35 yaşında olan şəxslər ölkə prezidenti olmaq üçün namizədliklərini irəli sürə bilərdilər.

Onu da xatırladaq ki, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 1994-cü ildən bəri ölkə prezidenti vəzifəsini icra edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...