Doğrudanmı, türklər Ermənistanla münasibət qurmağın həsrətindədir?

Məlum olduğu kimi, bu il qarşıda gələn sentyabr ayında Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək. Maraqlıdır ki, həmişə öz məkrli niyyətlərini gizlədib və bir çox hallarda bunu başqalarının adına yazan ermənilər bu gün həm Türkiyə, həm də Azərbaycanın Rusiyadakı hadisələri yaxından izlədiklərini yazırlar.

Maraqlıdır ki, “Lazarev” klubunun üzvlərindən biri olan Aqasi Arabyanın dediyinə görə, türk tandemi, bu gün də, yüz il əvvəl olduğu kimi, Rusiyanın ciddi bir daxili siyasi böhrana girəcəyi şəraitdə Ermənistanla öz münasibətlərini qurmağa çalışacaq.

... Arabyanın dediyindən belə başa düşülür ki, guya türklər ermənilərlə münasibət qurmaq üçün “üzülürmüşlər”... “üzülürmüşlər nədir, ermənilərin dar düşüncəsinə görə, lap bağrıları çatlayırmış.

...“Türklər Moskvaya ciddi təsir qolu qurdular: Rusiya müsəlmanları qolu”. Bax, ermənilərin dədələrinə od vuran da budur.

Bu arada deyim ki, hazırda ermənilər “Azərbaycan tərəfindən gözlənilən müharibə ilə bağlı” səksəkədədirlər.

“Mövcud məlumatlara və obyektiv nəzarət məlumatlarına görə, 2021-ci il sentyabr ayının sonundan gec olmayaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasa, bu halda üçüncü Qarabağ müharibəsi başlaya bilər”. Deyim ki, bunu da Aqasi Arabyan deyir.

Yeri gəlmişkən, bu gün özlərini dünyanın “ilk xristianları” olduqlarını elan edib, dünya xristianlarından kömək, ianə uman ermənilər, türklərin ideoloji məkanda yalnız Rusiyanın müsəlman ərazilərində deyil, həm də MDB-də təsir rıçağı yaratdıqlarını etiraf edirlər. Məhz erməniləri qorxudan başqa məqamlardan biri də budur. Onların fikrincə, Rusiyada mümkün olan daxili siyasi böhran şəraitində, türklər müsəlmanları Kremlə qarşı qaldırmasınlar deyə, Moskva ermənilərin qalan maraqlarını da qurban vermək məcburiyyətində qalacaq.

...Daha maraqlı bir nüans. Məsələn, Aqasi Arabyana görə, hazırda Ermənistanda Rusiya əleyhinə proseslərin “vüsət almasında” türk tandeminin də müəyyən rolu var. Guya türklər Ermənistanla bağlı məsələni maneəsiz həll etmək üçün qəsdən bu ölkəni Rusiyadan uzaqlaşdırırlar: “...bu vəziyyətdə isə nə ABŞ, nə də Avropa Ermənistana kömək edə bilməyəcək və yaxud da kömək etmək istəməyəcəklər. Çünki türklər onsuz da onlara qulaq asmırlar”.

...Erməni düşüncəsinə görə, bu gün erməni dövlətçiliyi üçün bu qədər təhlükəli proseslərin getdiyi bir məqamda güman yalnız Ermənistanın diaspora münasibətlərini yenidən nəzərdən keçirib möhkəmləndirməyə qalır.

Bundan əlavə, ermənilərə “yaxınlaşan təhlükədən” qurtulmaq üçün Ermənistana çox nəhəng bir silahın mövcudluğu kömək edə bilər. Təbii ki, İranın hələ belə silahı yoxdur deyə, ona görə də Nikol Paşinyan bu barədə Vladimir Putinlə razılığa gəlməlidir. Çünki, Ermənistan sülh müqaviləsini imzalayırsa, bu təkcə Ermənistanın dövlətçiliyinə və varlığına deyil, həm də İranın bütövlüyü üçün təhlükədir.

... Ay səni, erməni...bizdə necə deyirlər, abırlı abırından qorxar, abırsız nədən qorxar?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə