Misirdə əfv qərarı çıxarılıb

Misirdə Qurban bayramı və 23 İyul İnqilabının 69-cu ildönümü münasibətilə, 2 min 75 məhbus üçün əfv qərarı çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2 min 75 məhkum sərbəst buraxılıb. Dövlət rəhbərliyi tərəfindən Qurban bayramı və 23 İyul İnqilabının 69-cu ildönümü münasibətilə verilən əfv qərarının şərtləri barədə məlumat verilməyib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə