ABŞ ordusu Somalidə terrorçulara qarşı aviazərbələr endirib

ABŞ Hərbi Qüvvələrinin Afrika komandanlığı (AFRICOM) Somali hökuməti ilə koordinasiya şəklində “Əş-Şabab” terror qruplaşmasının mövqelərinə qarşı tək bir hava hücumu təşkil edib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Pentaqonun nümayəndəsi Sindi Kinq “Agence France Presse” agentliyinə (AFP) verdiyi açıqlamada bildirib ki, bu, Co Baydenin andiçməsindən bəri Somalidə həyata keçirilən ilk aviazərbədir.

“Komandanlığın ilkin qiymətləndirməsinə görə, hava hücumu nəticəsində mülki şəxslər arasında yaralanan və ya ölən olmayıb”, - Kinq belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...