Çində güclü sel su bəndinin dağılmasına və böyük fəsadlara yol açıb

Çinin Çjençjou şəhərində güclü sel (Henan əyalətinin inzibati mərkəzi) Qotszyaszyu su anbarında bəndin dağılmasına səbəb oldu.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, əyalət rəhbərliyi fövqəladə vəziyyətlə əlaqədar birinci səviyyəli reaksiya tədbirləri görüb, ÇXR Fövqəladə Hallar Nazirliyi milli təhlükə səviyyəsini üçüncü səviyyədən ikinciyə qaldırıb.

“Güclü yağışlar səbəbindən Çjençjou şəhərinin Ersi bölgəsindəki Qotszyaszyu su anbarında suyun səviyyəsi sürətlə artıb. 21 iyulda yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə 20 iyul 21:30-da) bənd dağılıb”, - deyə məlumatda qeyd olunub.

Şəhərdə daşqın səbəbindən təxminən 100 min sakin təxliyə olunub. Təcili yardım xidmətlərinə Çin Xalq Qurtuluş Ordusu və daxili qoşunların təxminən 2 min hərbçisi, 6,8 min xilasedici və 1,4 min ədəd texnika göndərilib.

Meteoroloqların fikrincə, Çjençjouda illik yağış miqdarı təqribən 640,8 mm-dir, lakin son üç gündə bu göstərici artıb. Yerli icra orqanları sakinləri ehtiyac olmadığı halda evlərini tərk etməməyə çağırıb. Şəhərin əhalisi təxminən 12,6 milyon nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə