Bu, Azərbaycan hərbçiləri günümüzü lap “göy əskiyə” büküblər. Ermənistanda ermənilərin hesabına “yeyib-yatan” rus hərbçiləri isə həmişə olduğu kimi, indi də bizim təhlükəsizliyimizin “öz problemimiz” olduğunu deyirlər. Bəs, onda bu nə müttəfiqlik oldu? ...O gün bizə çatan bəzi məlumatlara görə, “igid erməni zabitlərimiz” sərhəddəki Rusiya hərbçilərinə Azərbaycan Silahlı Qüvvələrinin təxribatları ilə əlaqədar təcili tədbirlərin görülməsi tələbi ilə müraciət etsələr də, onlar cavab olaraq komandanlıqdan müvafiq əmr almadıqlarını bildiriblər.
Bu necə olur, onların gözləri qarşısında Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistana hücum edirlər, rus hərbçiləri isə komandanlıqdan müvafiq əmr almadıqlarını bildirirlər.
İndi sən gəl, bunlarda olan həyasızlığa bir bax. Ermənistanda ermənilərin hesabına yeyib-içib gəzin, amma lazım olanda bizi qorumayın? Təbii ki, bunlar hamısı yuxarıdan təlimat alıblar. Onlarda biri var ey.., Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov o gün deyib ki, “...bu gün Ermənistanda bir dənə də olsun rus məktəbi qoymayıblar qalsın, bəs niyə indi biz onlar üçün mübarizə aparmalıyıq?”. Əslinə qalanda, bu Kalaşnikov elə əvvəldən bizimlə “düşünüşüb”. Bəlkə də bu elə onun bizi gözügötürməzliyindəndir ki, o hələ də kimin kimə müttəfiq olduğunu bizə başa salmağa çalışır.
Ona görə də, biz ermənilər, daha bundan sonra hər şeyi öz adı ilə çağıracağıq. Siz ruslar elə bilirsiniz, Ermənistan torpağında dayanıb özünüü göstərməkdə məqsədinizin nə olduğunu anlamırıq? Siz “qədim erməni torpaqlarında” özünüzə yer eləyib Ermənistanın müdafiəsini yox, öz mənafelərinizi qorumağa çalışırınız. Utnmadan hələ bir, “həmişə olduğu kimi”, bu dəfə də “Ermənistanın təhlükəsizliyi ermənilərin öz işidir”-deyirsiniz. Çünki siz Arutyunyan və Davtyan kimi Müdafiə Nazirliyi rəhbərliyinin “ağızlarının qaytanına” bələdsiniz.
...Amma buna baxmayaraq, bilməlisiniz ki, Nikol Paşinyan sizdən gələn etibarsizlığı, xəyanəti artıq sezməyə başlayıb. Ona görə də, hələ Makron gələnə qədər dözüb səsini çıxarmır...
Qoy, bircə, etibarlı müttəfiqimiz olan fransız qoşunları Ermənistana gəlsin(?)...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB