ABŞ Müdafiə nazirinin bu həftə Vyetnam, Sinqapur və Filippinə səfəri başlayır
İyulun 23-ü ABŞ müdafiə naziri Lloyd Ostinin Vyetnam, Sinqapur və Filippinə səfəri başlayır.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında deyilir.
Məlumata əsasən, səfər zamanı Pentaqonun rəhbəri sözügedən ölkələrlə müdafiə sahəsində əlaqələri gücləndirmək üçün ölkə rəhbərliyi və yüksəkvəzifəli rəsmilərlə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bundan əlavə, L.Ostin Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun keçirəcəyi mühazirələrdə də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB