Çin gəmiləri geri qaytarıldı

“Bloomberg”in hesabatına görə, Filippin Sahil Təhlükəsizlik Komandanlığı bu gün verdiyi açıqlamada, 13 iyulda Cənubi Çin dənizindəki Marie Louise Bankı yaxınlığında bir Çin hərbi gəmisinə xəbərdarlıq edildiyini və gəminin daha sonra geri qaytarıldığını söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada Filippin Sahil Mühafizəsinin "Çin Hərbi Dəniz Donanması 189"a iki dəfə şifahi xəbərdarlıq etdiyi və gəminin uzaqlaşmasına qədər məsafədə izlədiyi qeyd edilib. Qeyd edək ki, ABŞ və bölgədəki ölkələr, Pekin rəhbərliyinin Cənubi Çin dənizindəki suverenlik iddiasına əsaslanaraq adalarda baza inşa etməsinə qarşıdır.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə