…Sən demə, sivilizasiya və demokratiya dünyası olan Avropa “rusların acığına” Cənubi Qafqazın “ən demokratık və suveren ölkəsi” olan Ermənistanı bundan sonra artıq “qucağına alıb bəsləyəcəyinə” söz verib. Bəs necə, burada daha Bakının əsas “arqumenti” olan iqtisadi üstünlüyü də işə yaramayacaq.
Amma, hadisələrin bu istiqamətə yön almasında Nikola da bir “malades” düşür. Demə o, rus lideri Putindən də “ağıllı və uzaqgörən” rəhbər imiş. Niyə? Cünki Nikol Robert Köçəryanın timsalında nəinki ona, həm də Kremlin Ermənistanla bağlı digər layihələrinə də “sinə gərə bildi”. Nikol bu “cəngdə” nəinki məğlub olmadı, lap “qalib” gəldi.
Amma o, özündə olan bu təvazökarlığını dünənə qədər gizlədirmiş. Ermənilər bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişelin İrəvana gəlib Nikolla görüşəndən sonra öyrəndilər. Artıq Putin başda olmaqla bütün Kreml əhli isterikadadır. Onların bu isterikadan qurtulmaq şansları da sıfıra bərabərdir. Əslində, ruslar bütün günahları özlərində görməlidirlər. Onlar bunu gərək “böyük erməni xalqına qarşı xəyanətkarlıq edəndə” düşünəydilər.
İndi onlar erməni xalqının “böyük dostu” Şarl Mişelin İrəvana gətirdiyi “Mişel planı”na həsədlə baxırlar. Deyim ki, hər kəs “qorxur”. Çünki “Mişel planı” Vaşinqton, Paris və Brüsselin birgə layihəsidir. Hər şeydən əvvəl, bu plan Ermənistan iqtisadiyyatının bərpası üçün 2.6 milyard avro məbləğində birincil tranşın ayrılmasını nəzərdə tutur.
Ermənilər düşünür ki, yaxınlarda Ermənistan iqtisadi cəhətdən elə inkişaf edəcək ki, Cənubi Qafqaz və ona yaxın ərazilərin bütün ölkələri hamısı ermənilərə “həsəd aparacaqlar”. Əslində, burada ermənilərin Avropa Birliyinə də bəzi iardları var. Axı, onlar niyə əvvəllər Ermənistana bu cür səxavətli yardımlar göstərməyiblər? Əgər onlar bizə mütəmadi olaraq, verdikləri yardım və ianələrin arasını kəsməsəydilər, bəlkə də Ermənistan zəlil günə düşməzdi…
Ermənilər artıq böyük ümidlə hər şeyin arxada qalacağını düşünür. İndi təkcə son altı ay ərzində xarici borcu daha dörd milyard dollar artaraq 471.4 milyard dollar təşkil edən Rusiya baxıb, “bağrı çatlasın”. Ruslar artıq Qərbin onlara qarşı tətbiq etdiyi sanksiyaların nə vaxtsa ləğv ediləcəyinə ümid bəsləməsinlər. Çünki Avropa bununla bağlı ermənilərə söz verib.
…Ermənilər artıq “xəyanətini gördüyü” bir dövlətin yananda durmaq belə istəmir. Onların “sülhməramlı” adı altında gətirib tökdükləri hərbçilərindən də ermənilər imtina edəcək. Canları çıxar, “saxta sülhməramlılarına” cəkiləcək xərcləri də özləri ödəsinlər. Heç bir pul-zad verməyəcəyik…Başlarının çarəsini qılsınlar…
Hazırda ermənilər fransız qoşunlarının Cənubi Qafqaza gətirdib təkcə Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi məsələsini deyil, həm də onların “Qarabağa girməsi” imkanlarını nəzərdən keçirirlər(?). Deyəsən, bu barədə artıq ruslar da duyuq düşüblər.
…Burda deyirlər ey, “…aç toyuq yuxusunda darı görər”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB