“Ermənilərin uğur qazanmaq ehtimalı yoxdur…”

“Ermənilərin uğur qazanmaq ehtimalı yoxdur…”

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistana rəsmi səfəri artıq başa çatıb. Avropalı qonaq həm erməni baş naziri, həm də Azərbaycan Prezidenti ilə təkbətək görüşərək müzakirələr aparıb.

Qeyd edək ki, rəsmi qonaqla görüş zamanı Azərbaycan Prezidenti mühüm məsələlərdən biri kimi, regionda bütün kommunikasiyaların paralel olaraq açılmasını və bunun Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradacağını bildirib. Amma…

…Amma bu dəfə Ermənistanın bu məsələ ilə bağlı göstərdiyi münasibətə Rusiya saytlarında yer alan yazılara istanad edəcəyik.

Məsələn, rus saytlarından biri yazır ki, “…ümumiyyətlə, daim blokadadan şikayətlənən və özünü “qurban bir ölkə” kimi göstərən Ermənistanın nəqliyyat kommunikasiyalarını açmaqdan imtina etməsinin səbəbi barədə düşünməyə dəyər. Bundan əlavə, sərhədlərin müəyyənləşdirilməsi məsələsində və ümumilikdə müvafiq tədbirlərin təbliğ edilməməsində bütün günahları Azərbaycanın üzərinə qoymaq…”. Əslində rus saytı çümlənin sonunda “nə dərəcədə düzgündür?” deyə sorsaydı, təbii ki, bu dolğun alınardı. Nə isə…

Rus saytının yazdığına görə, bu məsələdə xüsusi ümidlər artıq İrəvana müvafiq siyasi “irəliləyişlər” verən Parisə bağlıdır: “… Göründüyü kimi, Ermənistanın Azərbaycan və Rusiyaya “təzyiq göstərmək” üçün başqa bir fürsəti yoxdur - yalnız İrəvanı Qərbə göndərərək Moskvanı şantaj etmək və Bakını digər dövlətlərin ərazilərini ələ keçirmək istəyində olduğunu bildirib, bu ölkəni ittihamda günahlandırmaq. Ancaq bunlar ermənilər üçün çox təhlükəli manevrlərdir - sonsuzca bir neçə stulda əyləşmək və hamıdan divident almaqla uğur qazanmaq ehtimalı yoxdur”.

Deyim ki, bu əksər rus saytlarının gəldiyi qənaətdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə