Türkiyədə son sutkada 8 minə yaxın insanın koronavirus testi pozitiv çıxıb

Türkiyədə son sutkada 8 minə yaxın insanın koronavirus testi pozitiv çıxıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 66 nəfər həyatını itirib.

SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 233 946 nəfər test edilib, onların 7680-nin koronavirus testi pozitiv nəticə verib, 5835 nəfər sağalıb.

Nazirliyin "covid19.saglik.gov.tr" saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 63 290 483 nəfərə peyvəndin tətbiq edildiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə