Böyük Britaniyada son sutka ərzində koronavirusdan daha 25 nəfər vəfat edib
Böyük Britaniyada ötən sutka koronavirusa yanvar ayının ortalarından bəri ilk dəfə 48 mindən artıq yoluxma halı qeydə alınıb.
SİA "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 48 161 nəfər yoluxub, 25 nəfər isə koronavirusdan vəfat edib.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 5 433 939 nəfər, koronavirusdan ölənlərin sayı isə 128 708 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB