Portuqaliyada hava limanı işçilərinin tətili yüzlərlə uçuşun ləğvinə səbəb olub

Portuqaliyada hava limanı işçilərinin tətili yüzlərlə uçuşun ləğvinə səbəb olub

Portuqaliyada hava limanları işçilərinin tətili son sutkada 200-dən çox uçuşun ləğvinə səbəb oldu.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, təkcə Lissabonda ən azı 166 uçuşun ləğv edildiyi bildirilir.

Həmkarlar ittifaqları Porto, Faru, Funşal və Porto-Santo hava limanlarında işçiləri tətilə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə