Türkiyədə son sutkada 8 minə yaxın şəxsdə koronavirus testi pozitiv nəticə verib
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 38 nəfər həyatını itirib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 234 min 161 nəfər test edilib, onların 7 min 666-nın koronavirus testi pozitiv nəticə verib, 5 min 490 nəfər sağalıb.
Nazirliyin "covid19.saglik.gov.tr" saytına istinadla paylaşdığı cədvəldə Türkiyə səhiyyəsinin indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 62 milyon 816 min 975 peyvənd tətbiq edildiyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB