“Unutmayın ki, Ermənistan “alınmazdır…”

Deyilənə görə, tapşırıq Kremlin “məxluqatından” gəlib
“Unutmayın ki, Ermənistan “alınmazdır…”

“…Bəs, nə gözləyirdilər? Elə bilirdilər biz onları zurna-dudukla qarşılayacağıq? O vaxt, müharibə zamanı “qəhrəman erməni oğulları” “qəhrəman kimi gəbər…öldürüləndə” bəs bunlar hardaydılar? Niyə, dünyanın ən qədim xristian dövlətinə sahib çıxmadılar? Biz “haqlı olaraq” soruşuruq: müharibə zamanı Avropa harada idi? İndi niyə durub gəlmisiniz, Ermənistanı almağa? Unutmayın ki, Ermənistan “alınmazdır…”

Deməli, sizlərə təqdim etdiklərim “erməni mübarizliyindən”, “erməni cəsarətindən” çox az, xırdaca bir nümunədir. Desəm ki, yox, hələlik, demirəm…

Beləliklə, Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistana iki günlük səfərə gəlib. Amma ermənilər avropalı qonağı bu dəfə məşhur erməni “qonaqpərvərliyi” ilə deyil..., etirazla qarşılayıblar: “ayıb olsun sənə”-deyib yuxarıdakı cümlələri döşəyiblər Mişelin kürəyinə… İnsafla desək, Mişel də abırlının biri kimi, səsini belə çıxarmayıb. Başını aşağı salıb keçib mehmanxanada kirayələdiyi otağına…

Deyilənlərə görə, Mişelə qarşı etirazların təşkilatçısı ermənilərin ən qədim partiyalarından biri olan “Daşnaktsutyun”un gənclər qanadının sədri Kristina Vardanyan olub.

Maraqlıdır ki, yerli erməni saytları Kristinaya xitabən “…daşnakların mülki bir avropalı məmura deyil, ötən gün gələn rus generalına etiraz etməsi daha uyğun olardı” müraciətinə o, yaxınlarda bunun da baş verəcəyini istisna etməyib.

Ermənilərin “sevinc dolu” ehtimalına görə, deməli, bu gün artıq ölkədə “mübariz gənclər” yetişməkdədir…

…Deməli, bu gün ermənilər vaxtilə Anna Akobyanın “min zillətlə” yaratdığı “erməni qadın batalyonunun” “mübariz davamçılarının” yetiçəcəyinə ümid edə bilərlər… Deyəsən, Kristina həmin ərəfədə hansısa əsasla bu batalyona yazılmaq istəməyib axı… Nə isə…

Amma qəribə də olsa, ermənilər arasında Kristina Vardanyana irad tutub, onun Avropa Birliyi təmsilçisinin Ermənistana səfərinə qarşı etiraz etməsinə təəccüb nümayiş etdirənlər də varmış.

… Əgər erməni müxalifətçisi “o da olacaq” deyirsə, onda erməni saytları ona sual edirlər: niyə dünən Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini general-polkovnik Sergey İstrakov İrəvana gələndə etiraz etmədiniz? Hıy? Axı, “araba kölgəsində yatıb bunu öz kölgəsi” kimi qələmə verən ermənilərin təhlükəsizliyini təmin edəcəyinə söz verən Avropa Birliyi yox, Rusiya olub. Amma buna baxmayaraq, Azərbaycan erməniləri əzəndə ruslar “barmaqlarını belə qaldırmadılar”.

Daha bir maraqlı nüans. Məsələn, erməni saytı “Daşnaktsutyun”un gənclər qanadının üzvləri olduqlarını bildirb Şarl Mişelə etiraz edənlərin, Kristina da başda olmaqla əksəriyyətinin müharibə dövrünün “dezertirləri” olduğunu istisna etməyir. Bəs, belə olan halda, “dezertirlər” hansı haqla İrəvan küçələrinə çıxıb Mişelə “utanmaz” deyirlər?

Bəli, belə olub, ermənilər uğursuz millət kimi həmişə öz günahlarını başqalarında axtarıblar.

Yeri gəlmişkən qeyd edək ki, vaxtilə Ermənistanda “qadağan edilən” “Daşnaktsutyun”un yenidən əl ayaq açmasına Robert Koçaryan prezident olarkən göstəriş vermişdi.

…İndi “Daşnaktsutyun”çuların rusiyalı generalın yox, avropalı məmurun gəlişinə etiraz etmələrinə göstərişi hazırda hələ ki, ümidlə şöngüyüb məqamını gözləyən Kremlin məxluqatı - Koçaryandan gəldiyini bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə