Gəlin etiraf edək ki, Amerika Birləşmiş Ştatları Əfqanıstanı tərk etməklə dünyadakı əsas siyasi rəqiblərini çətin bir vəzifə qoymuş oldu. Onu da etiraf edək ki, hazırda Əfqanıstan kimi bir ölkədə çuğlanmış problemləri həll etmək üçün təkcə əsəb yox, həm də milyardlarla vəsait və böyük diplomatik səylər tələb olunacaq.
Qeyd edək ki, reallıq artıq göz qabağındadır. Məsələ bundadır ki, dünənə qədər Əfqanıstanın künc-bucağında gizlənib növbəsini gözləyən “Taliban” döyüşçüləri bu gün baş qaldıraraq artıq ölkənin ümumi ərazisinin təxminən 80 faizinə nəzarəti ələ alıblar. Onu da deyim ki, bu gün “Taliban” döyüşçülərinin zəbt etdiyi ərazilər ölkənin əsas periferik, yəni birinci səviyyəli inzibati bölgələridir. Hazırda ölkənin paytaxtı Kabili hökumət tərəfindən idarə olunan qüvvələri saxlasa da, “Taliban” döyüşçülərinin buraya da hücum edəcəkləri heç bir şübhə yeri qoymur.
Deməli, belə demək olarsa, “əfqan bombası” artıq partlayıb. Təbii ki, bu partlayışın “qığılcımlarından” qonşu Pakistan, İran, Türkmənistan, Tacikistan, Özbəkistan ərazilərinə də “düşüməkdədir.” Məhz buna görə də….
Bu gün bu ərazilərdə yaranmış vəziyyətin paradoksu ondan ibarətdir ki, bir vaxtlar Rusiya, Çin və digər bölgə ölkələri ABŞ-ın Əfqanıstana qoşun göndərmək qərarını tənqid edıb qəti şəkildə buna qarşı çıxırdılarsa, amma indi onlar Vaşinqtonun bu əraziləri tərk etmək qərarını tənqid edirlər.
…Artıq, necə deyərlər, qatar gedib, Amerikalılar bir vaxtlar dəstəklədikləri Əşrəf Qani hökumətini indi taleyin ümidiunə buraxaraq Əfqanıstandan çəkiliblər. Hazırda hökumət ordusunun yüzlərlə əsgərinin və mülki şəxslərin Türkmənistan, Tacikistan və Özbəkistanın sərhədlərini keçdikləri barədə məlumatlar gəlməkdədir. Qeyd edək ki, bacarıb sərhədi keçənlərə də getdikləri ölkələrdə münasibətlər müxtəlifdir. Məsələn, bu gün Tacikistan həmən insanlara sığınacaq vermək məcburiyyətində qalsa da, amma Özbəkistan onlardan imtina edir. Məsələ bundadır ki, özbəklər Əfqanıstandan gələn qaçqın axınının tezliklə fəlakətli nisbətlərə çatacağından qorxurlar.
Məsələ bundadır ki, bəzi analitiklər, Əşrəf Qaninin nəzarətindəki qüvvələrin son məğlubiyyətindən sonra “Taliban” qüvvələrinin Orta Asiya bölgəsinə “hücum edəcəklərini” də istisna etmirlər. Bu da təbii ki, Rusiyanın cənub sərhədlərində sabitlik üçün ciddi bir təhlükə yaradacaq.
Hazırda Orta Asiyadakı qüvvə və maraqlar tarazlığını “kövrək” kimi dəyərləndirən analitiklər, bu ərazilərdə başlayan alovun söndürülməsinin elə də asan və hətta mümkün olmayacağını iddia edirlər. Təbii ki, bu alovun Rusiya ərazilərinə keçəcəyi də istisna edilmir, yəni Orta Asiyadakı yanğınlar qaçılmaz olaraq Rusiya ərazilərinə də yayılacaq.
…Yalan və ya doğru…deyilənə görə, bu “sürprizi” ruslar üçün hazırlayan amerikalıların Əfqanıstanı belə tez tərk etmələri də bununla bağlıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB