Latviya Nazirlər Kabineti işçilərin məcburi vaksinasiyasını nəzərdə tutan düzəlişləri təsdiqləyib
Avqustun 2-də Latviya Seymi “COVID-19 infeksiyasının yayılmasının idarə edilməsi haqqında” Qanuna hökumətin etdiyi düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə növbədənkənar iclas keçirəcək.
SİA Latviya mətbuatına istinadla xəbər verir ki, ölkənin Nazirlər Kabineti səhiyyə, təhsil və sosial qayğı sahələrində çalışan işçilərin məcburi vaksinasiyasını nəzərdə tutan düzəlişləri təsdiqləyib.
Bildirilib ki, oktyabr ayının 1-dən etibarən işəgötürən şəxslər vaksinasiyadan imtina edən işçiləri işdən çıxarmaq hüququna sahib olacaqlar.
Nazirlər Kabineti qanuna düzəlişlər edərək Seymin qanun layihəsini iki oxunuşda nəzərdən keçirməli olduğunu qeyd edib. Bildirilib ki, qanun layihəsi qüvvəyə minməsi üçün Seym tərəfindən təsdiq edilməli, daha sonra isə ölkə prezidenti tərəfindən elan edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB