Braziliyanın şimalındakı Para ştatında tikilməkdə olan elektrik dirəyinin aşması nəticəsində azı 7 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
SİA-nın "G1" portalına istinadən verdiyi məlumata görə, qəza baş verən zaman hadisə yerində 26 nəfər olub. Qəza zamanı 6 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.
Bildirilir ki, xəsarət alanlara tibbi yardım göstərilir, onların vəziyyətləri barədə məlumat verilmir.
Hazırda digər xəsarət alanların müalicəsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB