Ötən gün İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Raisinin azərbaycanlı həmkarı İlham Əliyevi “Azərbaycan ərazilərinin uğurlu azad edilməsi münasibətilə” təbrik etdiyini və bununla da “erməni qardaşlarına” “şapalaq tolazladılarını” deyən düşmən ölkə rəsmiləri özlərinə təskinlik vermək üçün əsas tapıblar. …Demə, Brüssel Ermənistana qarşıdakı 4 il ərzində 1,6 milyard avro verəcəyini vəd edib. Təbii ki, ermənilərə görə, bu Avropanın onlara göstərdiyi “xüsusi qayğı” kimi qiymətləndirilməlidir. Əslində, ermənilərin bunula “qürur duymağa” haqları da var idi. Cünki Avropa Birliyinin ermənilərə verdiyi bu “önəm”, onlar üçün İran prezidentinin dediklərinə qarşı “ən böyük təsəlli” ola bilərdi.
Amma, nə təəssüflər ki, sən demə, birlik bu yardım-borcu təkcə ermənilərə verməyibmiş. Belə ki, Brüssel belə yardım-borcdan Moldovaya 1.7, Ukraynaya 1,9, Gürcüstana- 1,1 milyard və hətta Azərbaycana da 140 milyon avro vəsait ayırıbmış.
Əslinə baxanda, Avropa Birliyinin ermənilərə verdiyi bu vəsait və bu günə qədər verdiyi vəsaitlərin sadə ermənilər üçün elə də heç bir “isti və ya soyuqluğunun” olmamasını onların özləri də etiraf edirlər. Məsələ bundadır ki, ermənilərin etirafına görə, Ermənistan bu gün Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında tam hüquqlu iştirakçı olsa da, amma ermənilər hələ də əvvəl necə yaşamışdılarsa, indi də elə yaşayırlar. Yəni, alababat…
Bundan əlavə, Ermənistanla Avropa Birliyi arasında vizasız rejim barədə dialoqa başlamaq məsələsi də həll olunmayıb. Təbii ki, bu məsələ həll olunsaydı, Ermənistnda qalan 5-6 erməni də başlarının çarəsini qılardılar. Əslində, bu erməni hakimiyyətinə də sərf edən variantdır: yəni ölkənin əhalisi az olanda onların problemləri də az olar. Nə isə, qayıdaq… qarşıdakı 4 il ərzində ermənilərə veriləcək 1,6 milyard avronun üstünə.
Əvvəla, Avropa Birliyinin 4 ildə ermənilərə əta edəcəyi bu vəsait elə də az pul kimi qəbul edilməməlidir. Amma unutmaq lazım deyil ki, ermənilər sonradan bu pulları qaytarmaq məcburiyyətində qalacaqlar. Sual olunur, nəynən ay…?
Gəlin etiraf edək ki, müasir reallıqlarda, ən güclü iqtisadiyyata sahib ölkələrdəki uğurlu müəssisələrin belə investisiyalara ehtiyacı var. Qeyd edək ki, investisiyaların ölkəyə cəlb edilməsi təkcə müəyyən bir şirkətin uğuruna deyil, həm də vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, bütövlükdə dövlətin gücləndirilməsinə yönəldilir.
Amma unutmayaq ki, investorlar da hər ölkəyə investisiya qoymaq istəmirlər. Belə ki, onlar vəsait qoyduqları ölkədən qoyduqları vəsaitlərinin təhlükəsizliyinə zəmanət istəyirlər.
…Mən burada yenə də bir xatırlamanı yenidən sizlərə xatırlatmalı olacam: …belə ki, bir müddət bundan əvvəl Ermənistana vəsait yatırmaq istəyən erməni əsilli fransalı iş adamı olan bir qadın, İrəvanda aldadılaraq bütün vəsaitini itirdikdən sonra, Parisə uçmaq üşün İrəvan küçələrində “yolpulu gəzirmiş”. Sonradan Fransa nəşrlərinə açıqlama verən həmən qadın, nəinki erməni iş adamlarını, hətta digər millət nümayəndələri olan iş adamlarını Ermənistana investisiya qoymaqdan çəkinməyə çağırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB