Təxminən 20 min əfqan ABŞ-dan sığınacaq istəyir

Təxminən 20 min əfqan ABŞ-dan sığınacaq istəyir

Qeyd edək ki, ötən gün SİA bu barədə dəqiq rəqəm göstərməsə də, amma vaxtilə Amerika hərbçiləri ilə işləyən əfqan tərcüməçilərini “Taliban” tərəfindən gözlənən təhlükəyə rəğmən Əfqanıstandan qaçmaq istədikləri barədə məlumat vermişdi. Beləliklə, bu gün Ağ Evin sözçüsü Cen Psaki ABŞ ordusu ilə işləyən təxminən 20 min əfqan tərcüməçinin ölkədən çıxarılması üçün vəsatət qaldırdığını söyləyib.

Əslində, özünü tərcüməçi kimi qələmə verib ABŞ-dan sığınacaq istəyən əfqanların böyük əksəriyyəti heç bu sahənin adamları da deyillər. Buna baxmayaraq, onların az da olsa Amerika hərbçiləri ilə əlaqəsi olub deyə, Əfqanıstandan qaçmaq istəyirlər.

Qeyd edək ki, Ağ Ev sözçüsü ölkəni tərk edib ABŞ-a köç etmək üçün müraciət edən 20 min əfqan tərcüməçinin ailələri ilə birgə ümumi saylarının 100 mindən artıq olduğunu da gizlətməyib.

Onun sözlərinə görə, təhlükəsizlik yoxlamasından keçmiş əfqan tərcüməçilər müvəqqəti olaraq xaricdəki ABŞ hərbi bazalarına yerləşdirilə bilərlər. Doğrulama prosesindən keçməyənlər isə əvvəlcə xarici hərbi bazalara və ya üçüncü ölkələrə göndəriləcəklər.

Xatırladaq ki, keçən həftə ABŞ Prezidenti Cozef Bayden tezliklə ABŞ qüvvələrini dəstəkləyən əfqan vətəndaşlarının hava yolu ilə təxliyəsinə başlayacağını bildirmişdi. Qeyd edək ki, ABŞ Prezidenti miqrantların ümumu sayının 18 min, ailələri ilə birlikdə isə onların təxminən 53 min nəfər olduğunu bildirmiıdi.

Onu da bildirək ki, bu gün təkcə əfqanlar deyil, iraqlı tərcüməçilər də ABŞ-a immiqrasiya vizası almağa ümid edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə