Çin laboratoriyasından СOVİD sızması ehtimalını ÜST RƏHBƏRİ İSTİSNA ETMƏDİ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus hesab edir ki, koronavirusun süni mənşəli versiyasını istisna etmək hələ tezdir. SİA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, ÜST rəhbəri Çin səlahiyyətlilərinə virusun əsl mənbəyini müəyyənləşdirmək üçün işbirliyinə başlamağı tövsiyə edib.
"Mən özüm laboratoriyada köməkçi olmuşam, mən bir immunoloqam və laboratoriyada işləmişəm. Orada insidentlər olur", deyib Qebreyesus.
ÜST rəhbəri qeyd edib ki, SARS-CoV-2-nin meydana gəlməsi ilə bağlı nəzəriyyədən imtina etmək hələ tezdir. O, Çin səlahiyyətlilərinə istintaqla bağlı "şəffaflıq, açıqlıq və əməkdaşlıq" çağırışı edib.
Qebreyesus, "Pandemiyadan əvvəl və başlanğıcda bu laboratoriyada vəziyyətin necə olduğu barədə məlumatlara, dəqiq məlumatlara ehtiyacımız var və tam məlumat alsaq, o zaman virusun laboratoriya mənşəli olub-olmadığını istisna edə bilərik", deyib.
Xatırladaq ki, bu ilin əvvəlində ÜST ekspert qrupu koronavirus infeksiyasının mənşəyini tapmaq, təyin etmək üçün Çinin Uhan şəhərinə yollanıb. ÜST əməkdaşları COVID-19-un laboratoriya versiyasını da istisna etməyib. Amerika Birləşmiş Ştatları isə, alimlərin işlərinin bu ölkədə aparmasına icazə veilrməzsə, Çinin beynəlxalq təcrid olunacağını bəyan edib. Daha sonra Amerika mediası Uhandaki bir laboratoriyadan bir COVID-19 sızmasının əlamətləri haqqında məqalələr yayıb. ABŞ prezidenti Co Bayden, COVID-19-un mənşəyi ilə bağlı daha çox məlumat toplamaq üçün kəşfiyyat məlumatları tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB