Belçikada son 20 ilin ən güclü daşqınları 11 can alıb

Belçikada son 20 ilin ən güclü daşqınları 11 can alıb

Belçikanın cənubunda baş verən son 20 ildə ən güclü daşqın qurbanlarının sayı 11 nəfərə çatıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli RTBF telekanalı məlumat verib.

"Səlahiyyətli orqanlar 11 nəfərin ölümünü təsdiqləyib. Üç xilasedici qayıqlarının palçıq axınında aşmasından sonra itkin düşənlər siyahısına daxil edilib", - kanal bildirib.

Şəhərlərin küçələrində suyun səviyyəsi 50-60 santimetrə çatır, bəzi hallarda isə metrə qədər qalxır. İyirmidən çox ev palçıq axınları ilə dağıdılıb. Xilasedicilər köməksiz qalan sakinləri evakuasiya etmək üçün motorlu qayıqlar və helikopterlərdən istifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə