"Sabah"da ispan məşqçi

"Sabah”da yeni məşqçi təyinatı reallaşıb.

SİA klubun saytına istinadən xəbər verir ki, ispaniyalı fiziki hazırlıq üzrə məşqçi David Madurqa Dieslə müqavilə bağlanıb.

Madurqa məşqçi karyerası ərzində İspaniyanın “Saraqosa” (2006-2018), “Konkense” (2018/19), “Deportivo San Fernando” (2019/20) və “El Exido” (2020/21) klublarında çalışıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis UEFA-nın PRO kateqoriyasına malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə