Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Komitəsi, koronavirus pandemiyasının bitməkdən, sona çatmaqdan çox uzaqda olduğunu bəyan edib və COVID-19-un yeni, daha təhlükəli variantlarının ortaya çıxması, yayılması barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə ÜST komitəsi 14 iyul iclasından sonra verdiyi açıqlamada bildirib.
"Milli, regional və qlobal səylərə baxmayaraq, pandemiya hələ bitməyib. Pandemiya inkişafda davam edir və dörd narahatlıq variantı qlobal epidemiologiyada üstünlük təşkil edir, hansıki, bunlar nəzarət edilməsi daha da çətin ola biləcək narahatedici təhlükəli variantlardır", deyə ÜST komitəsinin açıqlamasında qeyd olunur.
Xatırladaq ki, ÜST Komitəsi yekdilliklə COVID-19 pandemiyasının qlobal sağlamlığa mənfi təsir göstərməkdə davam etdiyini və koordinasiyalı beynəlxalq reaksiya tələb edən həddindən artıq həssas bir hadisə olduğunu bəyan edib. Komitə, COVID-19 pandemiyasının beynəlxalq narahatlıq doğuran bir ictimai səhiyyə vəziyyəti olaraq qalması ilə razılaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB